Müəllimlərin işə qəbulu üçün sənəd qəbulu iyunun 24-də başlayacaq
Elm və təhsil
- 31 may, 2019
- 07:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron sənəd qəbulu iyunun 24-də başlayacaq".
"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün təlimdə deyib.
Onun sözlərinə görə, sənəd qəbulu 10 gün davam edəcək.
Nazirlik rəsmisi qeyd edib ki, müsabiqənin aktiv mərhələsi avqustun 26-da başa çatacaq: "İşə qəbul bütün tədris ilində davam edir".
M.Camalzadə bildirib ki, ötən il ölkədə 39 137 şəxs test imtahanı mərhələsində iştirak edib.
Xatırladaq ki, müəllimlərin işə qəbul prosesi 4 mərhələdə - elektron sənəd qəbulu, test müsabiqəsi, vakant yer seçimi və müsahibə mərhələlərindən ibarətdir.
Son xəbərlər
07:13
Foto
Xırdalanda yaşayış kompleksinin ərazisində yanğın başlayıb
Hadisə
07:05
Kanadada hərbi hissədə güclü yanğın baş verib, xəsarət alanlar var
Digər ölkələr
06:30
NYT: Vaşinqton sülh üçün Rusiya qazının Avropaya tədarükünün bərpasını təklif edib
Digər ölkələr
06:14
Rubio Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir
Digər ölkələr
05:33
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Digər ölkələr
05:05
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
Digər ölkələr
04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Digər ölkələr
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr
03:16
Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Digər ölkələr