Müəllim olmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Elm və təhsil
  • 17 iyul, 2017
  • 10:54
Müəllim olmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Report

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanda müəllim olmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb.

“Report”un məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, iyulun 1-dən 14-dək nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı aparılıb: “Müəllim olmaq üçün miq.edu.az saytında qeydiyyatdan keçənlərin sayı 50 min nəfərə yaxındır”.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Bu il müsabiqəyə 8000-dən çox vakant yer çıxarılıb.