Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

Elm və təhsil
  • 24 iyun, 2015
  • 11:50
Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

Bakı. 24 iyun. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov iyunun 30-da Göygöl şəhərindəki Olimpiya İdman Kompleksində Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında, Gəncə və Naftalan şəhərlərində yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlar 24, 25 və 29 iyun tarixlərində nazirliyin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçtuna müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.