Məleykə Abbaszadə: “Yüksəliş” müsabiqəsi ilə bağlı atdığımız addımlar ictimaiyyətə çatdırılacaq”

Elm və təhsil
  • 27 dekabr, 2019
  • 06:26
Məleykə Abbaszadə: “Yüksəliş” müsabiqəsi ilə bağlı atdığımız addımlar ictimaiyyətə çatdırılacaq”
Məleykə Abbaszadə
Report / Elchin Murad

“Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edəcək”.

“Report” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin Dirtektorlar Şurasının sədri Məleykə Abbaszadə müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib.

“Bu, yeni bir sahədir. Biz bu prosesdə ən müasir alətlərdən istifadə edəcəyik. Azərbaycanda 20 il ərzində topladığımız təcrübə bizə bu məsələdə kömək edəcək. Bizim bütün insan potensialımız və ekspertlərimiz bu prosesə qoşulacaqlar. Bunun şəffaflığının təmin olunmasında təkcə bizim idarə heyəti yox, bütün bu prosesə müşahidə edən şura nəzarət edəcək. Bizim hər bir addımımız ictimaiyyətə çatdırılacaq”, - M.Abbaszadə bildirib.

44 - Tezliklə