Məleykə Abbaszadə abituriyentlərə xəbərdarlıq edib

Elm və təhsil
  • 22 may, 2018
  • 12:33
Məleykə Abbaszadə abituriyentlərə xəbərdarlıq edib
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə
Report

Bakı. 22 may. REPORT.AZ/ “Təəssüflər olsun ki, bəzi abituriyentlər ikinci, yəni yay imtahanına qanun-qaydanı pozmaq üçün gəlirlər”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, yay imtahanında hansısa qayda pozuntusuna yol verən abituriyentlərin ilk imtahanda əldə etdikləri nəticələri də ləğv olunacaq: “İstər yaz, istərsə də yay imtahanında qaydaları pozan abituriyentlərin bütün nəticələri ləğv olunacaq və onların bu il üzrə heç bir imtahan nəticələri olmayacaq”.