Məktəblərdə kitabxanaçı və təsərrüfat müdiri vəzifəsinə qəbul üzrə keçid balları açıqlanıb

Elm və təhsil
  • 25 noyabr, 2025
  • 18:48
Məktəblərdə kitabxanaçı və təsərrüfat müdiri vəzifəsinə qəbul üzrə keçid balları açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxanaçı, məktəbəqədər təhsil müəssisələrində isə təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 30-34 bal aralığında nəticə göstərən namizədlər müsahibəyə cəlb olunacaqlar.

Bu barədə "Report"a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər noyabrın 26-dan dekabrın 4-ü saat 17:00-dək BŞTİ-yə yaxınlaşaraq ərizə ilə müraciət edə bilərlər. Namizədlər şəxsiyyəti, təhsili təsdiq edən sənədin və əmək kitabçasının (olduğu təqdirdə) surətini ərizə ilə birlikdə təqdim etməlidirlər.

Namizədlərin məlumatları yoxlandıqdan sonra uyğun namizədlərə müsahibənin vaxtı və məkan haqqında məlumat qeydiyyatdan keçdikləri mobil telefona SMS vasitəsilə göndəriləcək.

Müsahibəni uğurla keçən namizədlər nəticələrə uyğun olaraq müvafiq vakant yerlərlə təmin olunacaqlar.

Son xəbərlər

Bütün Xəbər Lenti