Magistratura və rezidentura imtahanları elektron formatda keçiriləcək

Elm və təhsil
  • 24 aprel, 2025
  • 12:10
Magistratura və rezidentura imtahanları elektron formatda keçiriləcək
Məleykə Abbaszadə

Növbəti mərhələdə magistratura və rezidentura imtahanları elektron formatda keçiriləcək.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, rus və ingilis dilində oxuyan məzunlar üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanları da elektron formatda keçəcək.