Keçən il 9 mindən çox müəllim işə qəbul olunub, 1 310-u iş yerini dəyişib

Elm və təhsil
  • 09 yanvar, 2024
  • 11:59
Keçən il 9 mindən çox müəllim işə qəbul olunub, 1 310-u iş yerini dəyişib

Keçən il müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində 1 219 nəfər iş yerini dəyişib.

“Report” xəbər verir ki, 91 müəllim iş yerini elektron qaydada qarşılıqlı olaraq dəyişib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə nəticəsində 4 368 nəfər müddətsiz, 2 351 nəfər müddətli müqavilə əsasında işlə təmin olunub.

2 529 nəfər isə əlavə yerləşdirmə mərhələsi üzrə müddətli müqavilə ilə işə qəbul olunub. Məktəbəqədər təhsil müəssisələri üzrə 244 namizəd işə qəbul edilib.

44 - Tezliklə