İlqar Bayramlı: Peşə təhsilində qadınların iştirak payı 40 %-ə çatıb

Elm və təhsil
  • 23 iyul, 2026
  • 11:10
İlqar Bayramlı: Peşə təhsilində qadınların iştirak payı 40 %-ə çatıb

Qadınların peşə təhsilində iştirakı 2022-ci illə müqayisədə (32 %) keçən il üçün 40 %-ə yüksəlib.

"Report" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu il 500-dək müəllimin ixtisasartırma və beynəlxalq təlimlərə cəlb olunması nəzərdə tutulur:

"Azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 21 ixtisas üzrə 532 şəxsə təlim keçirilməsi nəzərdə tutulub".

Direktor həmçinin əlavə edib ki, dual peşə təhsili modeli üzrə 57 ixtisasa 2 560 tələbənin qəbulu planlaşdırılır:

"Proqram 150-dən çox işəgötürənlə əməkdaşlıq əsasında həyata keçirilir".

44 - Tezliklə