İlin ilk Günəş tutulması başlayıb
Elm və təhsil
- 20 aprel, 2023
- 01:54
Bu gün 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması başlayıb.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.
Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayıb və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.
Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunacaq. Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.
Son xəbərlər
17:40
Kamçatkada 5,4 maqnitudalı zəlzələ olub
Region17:40
Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 68 % artıb
İKT17:36
"Milan" Dieqo Moreyranı transfer edəcək
Futbol17:34
SEPAH Trampın gizli danışıqlarla bağlı bəyanatlarını təkzib edib
Digər ölkələr17:31
Xocəsəndə su xəttində baş verən qəza aradan qaldırılıb
İnfrastruktur17:29
Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib
İnfrastruktur17:27
Mourinyo Martin Subimendinin "Real"a keçidinə müsbət yanaşır
Futbol17:26
Lekornyu: Hökumət yanğından zərər çəkmiş iki departamentə 12 milyon avro ayıracaq
Digər ölkələr17:17
Foto