İdarə Bakı məktəblərinə tövsiyələr verib

Elm və təhsil
  • 16 noyabr, 2021
  • 13:11
İdarə Bakı məktəblərinə tövsiyələr verib

"Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər baş verməyib".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

"Müvafiq mütəxəssislər tərəfindən ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tövsiyələr verilib. Həmçinin paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəriciləri digər günlərə nisbətən o qədər də dəyişməyib.

Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir",- İdarədən bildirilib.

44 - Tezliklə