İyunun 21-i saat 02:34-dən etibarən yay fəsli başlayacaq

Elm və təhsil
  • 13 iyun, 2016
  • 12:32
İyunun 21-i saat 02:34-dən etibarən yay fəsli başlayacaq

Bakı. 13 iyun. REPORT.AZ/ AMEA Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan ərazisində 2016-cı il üçün fəsillərin başlanma vaxtını açıqlayıb. 

“Report” AMEA-ya istinadən xəbər verir ki, 20 mart Bakı vaxtı ilə saat 08:30-dan ölkəmizə qədəm qoyan yaz fəsli 21 iyun saat 02:34-dən etibarən yay fəsli ilə əvəz olunacaq.

Rəsədxananın məlumatına əsasən payız 22 sentyabr saat 18:21-də, qış isə 21 dekabr saat 14:44-də gələcək.