İngilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək

Elm və təhsil
  • 01 dekabr, 2015
  • 05:45
İngilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabrın 5-i və 12-də ingilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək. AMEA-dan "Report"a verilən xəbərə görə, imtahanlar GRBS Tədris Mərkəzində təşkil ediləcək.

İxtisas fənnindən və fəlsəfədən müsbət qiymət almış iddiaçılar təcili olaraq Qeydiyyat Formasını (Aplication Form) elektron qaydada və ya kağız üzərində doldurub şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə GRBS Tədris Mərkəzinin office@ielts.az elektron ünvanına göndərməli və ya GRBS Tədris Mərkəzinə şəxsən təqdim etməlidir.

44 filmi