Gürcüstanda üç Azərbaycan vətəndaşı doktorantura təhsili alır
- 02 mart, 2020
- 09:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda doktorantura dərəcəsi üzrə üç Azərbaycan vətəndaşı təhsil alır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2019-cu il üzrə hesabatında bildirilib.
Sənəddən məlum olur ki, son illər ərzində qonşu ölkədə doktorantura təhsilinə üstünlük verən Azərbaycan vətəndaşları arasında qadınlar çoxluq təşkil edir.
Belə ki, hazırda bu elmi dərəcəni almaq üçün Gürcüstanda olan Azərbaycan vətəndaşlarının üçü də qadındır.
2018-ci ildə isə qonşu ölkədə doktoranturaya ikisi qadın olmaqla üç Azərbaycan vətəndaşı qəbul olunub. 2017-ci ildə isə bu göstərici səkkiz təşkil edib ki, onların da dördü qadın olub.
Ötən il Gürcüstanda doktorantura təhsili alan əcnəbilərin ümumi sayı 42 təşkil edib. Onların sayına görə Türkiyə 12 nəfərlə birinci yeri tutub.