Fərhad Hacıyev: Vl "Yüksəliş" müsabiqəsinin yarımfinalçıları arasında qadınların sayı azdır
- 03 iyul, 2026
- 15:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Vl "Yüksəliş" müsabiqəsinin yarımfinalçıları arasında qadınların sayı azdır.
"Report" xəbər verir ki, bunu müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev Vl "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.
F.Hacıyev bu göstəricinin artmasını arzuladıqlarını ifadə edib:
"Lakin bu, yalnız bizim iradəmizdən asılı olan məsələ deyil. Bir dəfə bu mövzu ilə bağlı dövlət rəsmilərindən biri iştirakçı xanımlara zarafatla "Bəlkə xanımlara güzəşt edək?" deyə müraciət etmişdi. Xanımlar isə qəti şəkildə bildirmişdilər ki, "biz güzəşt istəmirik". Elə buna görə də müsabiqədə hər kəs üçün eyni şərtlər tətbiq olunur. 331 nəfər yarımfinalçıdan 265 nəfəri bəylərdir".
O əlavə edib ki, yarımfinalçıların 57 %-i 21-30 yaş aralığındadır:
"31-40 yaş qrupu da kifayət qədər fəal iştirak edir və ikinci ən böyük qrupu təşkil edir. Təəssüf ki, 40 yaşdan yuxarı iştirakçıların sayı cəmi 2 %, yəni 7 nəfərdir. Təhsil göstəricilərinə gəldikdə, iştirakçıların 100 %-i ali təhsillidir, çünki müsabiqədə yalnız ali təhsilli şəxslər iştirak edə bilər. Yarımfinalçıların 81 %-i magistratura təhsilini başa vurmuş şəxslərdir. Bundan əlavə, iştirakçıların 11 %-i doktorantura səviyyəsində təhsil almış şəxslərdən ibarətdir".