Evdə təhsilə cəlb olunanların valideynlərinə ayda 20 manat müavinət ödəniləcək

Elm və təhsil
  • 15 may, 2015
  • 13:43
Evdə təhsilə cəlb olunanların valideynlərinə ayda 20 manat müavinət ödəniləcək

Bakı. 15 may. REPORT.AZ/ Ümumtəhsil məktəblərində evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə, eyni zamanda, tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 manat müavinət ödəniləcək. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, Nazirlər Kabinetinin 2015-ci il 15 aprel tarixli 108 nömrəli qərarına uyğun olaraq, müavinətlər fevral ayından hesablanacaq və onların ödənilməsi yerli təhsil qurumları tərəfindən həyata keçiriləcək.