Emin Əmrullayev: PISA nəticələrimiz riyaziyyat sahəsində harada olduğumuzu çox yaxşı əks etdirir

Elm və təhsil
  • 17 sentyabr, 2026
  • 11:48
Emin Əmrullayev: PISA nəticələrimiz riyaziyyat sahəsində harada olduğumuzu çox yaxşı əks etdirir

Yaxşı ibtidai təhsil sistem yoxdursa, rəqəmsal bacarıqlar qurmaq problemli olacaq.

"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" (Baku İnvestment Day) festivalında bildirib.

O bildirib ki, on ildən çox əvvəl Rəqəmsal Bacarıqlar layihəsinə başladıqda cəmi 5 000 şagird var idisə indi bu göstərici 600 minə çatıb ki, bu da Azərbaycan ümumtəhsil məktəblərindəki şagirdlərin təxminən yarısıdır:

"Eyni zamanda, əsaslara baxdığımız zaman, son PISA nəticələrimiz riyaziyyat sahəsində harada olduğumuzu çox yaxşı əks etdirir. Düşünürəm ki, ölçü və əhali baxımından müəyyən ölkələrlə müqayisə edildikdə bu, olduqca yaxşı nəticələr gördüyümüz sahələrdən biridir".

Qeyd edək ki, PISA-nın 2025-ci il nəticələri riyaziyyat üzrə Azərbaycan üçün ən yaxşı xəbərlərdən biri hesab oluna bilər. Bakı şagirdlərinin riyaziyyat üzrə göstəricisi son qiymətləndirmə ilə müqayisədə 63 bal yüksələrək 460 bala çatıb. PISA miqyasında bu, çox ciddi artımdır.