Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil
  • 03 noyabr, 2025
  • 11:32
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 28 noyabr tarixində Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 18 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪+994 51 206 78 48‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.

Son xəbərlər

Bütün Xəbər Lenti