Dövlət Miqrasiya Xidməti 121 əcnəbinin Azərbaycan dili biliyini yoxlayıb

Elm və təhsil
  • 30 may, 2016
  • 11:00
Dövlət Miqrasiya Xidməti 121 əcnəbinin Azərbaycan dili biliyini yoxlayıb

Bakı. 30 may. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycanda daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin müsahibəsi keçirilir.

"Report" DMX-ya istinadən xəbər verir ki, mayın 23-dən 28-dək 121 nəfər əcnəbi müsahibədən keçirilib.

Onların Azərbaycan qanunları ilə nəzərdə tutulan hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi yoxlanılıb. 

44 filmi