DİM-də abituriyentlər üçün Apellyasiya Komissiyası yaradılıb

Elm və təhsil
  • 11 aprel, 2017
  • 07:27
DİM-də abituriyentlər üçün Apellyasiya Komissiyası yaradılıb

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilən “Azərbaycan dili” imtahanı ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradılıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi, 28) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına aprelin 11-13-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.