Ceyranbatan qəsəbəsi 1 nömrəli orta məktəbinin şagirdləri üçün masterklas keçirilib - VİDEO
- 26 dekabr, 2019
- 19:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Heydər Əliyev Fondu və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə respublika üzrə 20 məktəbdə peşə təmayüllü siniflər yaradılıb.
"Report" xəbər verir ki, belə məktəblərdən biri də Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbidir.
Məktəbin direktoru Çinarə Atayeva bildirib ki, rəhbəri olduğu təhsil müəssisəsində peşə təmayüllü bir neçə sinif otağı fəaliyyət göstərir. Bu otaqlar nazirlik tərəfindən hər cür avadanlıqlarla təchiz edilib: "Şagirdlərin həyatda öz yerlərini tapmaları, ən azı qazanc əldə etmələri, sosial rifahlarını yaxşılaşdırmaları üçün onlara hər hansı peşə, iş lazımdır. Buna görə də dövlətimiz şagirdlərə qayğı göstərərək onlara peşə təmayüllü siniflərdə təhsil alması üçün şərait yaradıb.
Hazırda bizim peşə təmayüllü sinfimizdə iki modul üzrə peşə təhsili öyrədilir. Həmin məzunlar son nəticə olaraq tam orta təhsil attestatı ilə yanaşı, bu modullar üzrə peşə təmayüllü sinfi bitirmələrinə dair sertifikat da əldə edəcəklər".
Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdləri peşə təmayüllü siniflərin şagirdləri təcrübə keçmək üçün Bakıda səfərdə olublar. Şagirdlərə gənc fəal Pərvin Şərifov masterklas keçib. Səfərin təşkilində məqsəd şagirdləri potensial iş yerləri ilə tanış etmək, onlara iş prosesini tanıtmaq və ixtisaslarla bağlı real iş mühitini göstərmək, eləcə də gələcəkdə seçdikləri peşəyə dərindən yiyələnməkdir.
Şagirdlər təlimlərdə fəal iştirak edib, onlara keçilən masterklasdan razı qaldıqlarını bildiriblər.