Cəlilabadda “Sən fərqlisən” adlı tədbir keçirilib
- 10 iyun, 2022
- 13:07
Cəlilabad rayonunda “Sən fərqlisən” adlı tədbir keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, görüş Cəlilabad şəhəri, Heydər Əliyev Mərkəzində baş tutub.
Görüş Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, AGMA-nın və “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin birgə təşkilatçılığı ilə “Sən fərqlisən” adlı “Gələcək Gənclərlə Gələcək” şüarı altında keçirilib.
Görüşdə Cəlilabad rayonu üzə Respublika Fənn Olimpiadasında qalib olmuş şagidləri, həmçinin buraxılış imtahanlarında yüksək nəticələr əldə edən məzunlar, eləcə də AGMA-nın üzvləri, “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin əməkdaşları iştirak edib.
Həmçinin görüşdə Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri, Biznes Konsultant və təhsil eksperti iştirak edib.