Cəlilabadda daha 5 məktəbdə 3-4 yaşlı uşaqlar üçün icma qrupları fəaliyyətə başlayıb
- 07 oktyabr, 2025
- 18:35

Cəlilabad rayonunun daha 5 məktəbində 3-4 yaşlı uşaqların təhsilə cəlb edilməsi üçün icma qrupları fəaliyyətə başlayıb.
"Report"un Muğan bürosunun məlumatına görə, bu qruplar rayonun Sərhədabad kənd, Elçin İsmayılov adına Təklə kənd, Məmmədrzalı kənd tam orta, Cəfərxanlı kənd və Pərdi kənd ümumi orta ümumtəhsil məktəblərində təşkil olunub.
Ümumilikdə rayonda fəaliyyət göstərən 25 məktəbdə 33 qrupda 569 nəfər 3-4 yaşlı uşaqlar icma qruplarında təhsilə cəlb edilib.
Qeyd edək ki, bu yaşdan olan uşaqların icma qruplarında təhsilə cəlb edilməsi onların erkən yaşdan sosiallaşmasına, ünsiyyət və əməkdaşlıq bacarıqlarının formalaşmasına mühüm töhfə verir. Bu proses uşaqlarda özünəinamı artırır, yaradıcı düşünməni və müstəqil fəaliyyət qabiliyyətini inkişaf etdirir. İcma qruplarının fəaliyyəti erkən təhsilin keyfiyyətini yüksəldərək məktəbə hazırlıq səviyyəsinin güclənməsinə şərait yaradır.