Cəlilabad rayonunda Sasanilər dövrünə aid pullar tapılıb
Elm və təhsil
- 27 dekabr, 2014
- 16:20
Bakı. 27 dekabr. REPORT.AZ/ Cəlilabad rayonu Şatırlı kəndində təsərrüfat işləri zamanı VII-VIII əsrlərə aid gümüş pullar tapılıb.
“Report” AzərTAc-a istinadən xəbər verir ki, Şatırlı kənd tam orta məktəbin tarix müəllimi Elşad Əmənov AzərTAc-a verdiyi məlumatda bu pulların Sasani şahlarına aid olduğunu deyib. O bildirib ki, bu ərazidə digər arxeoloji tapıntılara rast gəlinsə də gümüş pullar ilk dəfədir üzə çıxır.
Tarix müəllimi onu da qeyd edib ki, bu pulların oxşarlarından Bizans hökmdarı II Feodosi dövründə də istifadə edilib. Tapılan sikkələr Avropa ilə ticarət marşrutlarının bu ərazilərdən keçdiyini göstərir. Tarixçinin sözlərinə görə, bu pullardan yerli sakinlər də ticarət zamanı istifadə ediblər.
Son xəbərlər
19:32
Mahmud Abbas: Məkkə sazişi İslam ölkələrinin maraqlarının müdafiəsi üçün başlanğıc ola bilər
Region19:24
Paşinyan və Zelenski regiondakı vəziyyəti müzakirə ediblər
Region19:20
Kürdə bir nəfər batıb
Hadisə19:19
Video
Naxçıvan Regional DOST Mərkəzində gün ərzində 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur
Sosial müdafiə19:13
Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
Region19:02
"Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb
Komanda18:54
Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var
Hadisə18:54
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
Digər ölkələr18:37