Bu il Ukrayna ali məktəblərinə qəbul olan Azərbaycan vətəndaşlarının sayı məlum olub

Elm və təhsil
  • 29 dekabr, 2021
  • 07:49
Bu il Ukrayna ali məktəblərinə qəbul olan Azərbaycan vətəndaşlarının sayı məlum olub

2021-ci ildə Ukrayna ali məktəblərinə qəbul olan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukraynanın Elm və Təhsil Nazirliyindən "Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu il ümumilikdə 1 247 Azərbaycan vətəndaşı ölkə ali təhsil ocaqlarında tələbə adını qazanıb.

Bunlar, Kiyev ilə yanaşı vilayət ali məktəblərini də əhatə edir. Son qəbul prosesi isə dekabr ayında baş tutub.