Bu il magistraturaya qəbul imtahanları daha tez keçiriləcək

Elm və təhsil
  • 18 yanvar, 2018
  • 10:44
Bu il magistraturaya qəbul imtahanları daha tez keçiriləcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanlarının vaxtını ötən illə müqayisədə irəli çəkib.

"Report"un xəbərinə görə, magistratura pilləsi üçün qəbul imtahanının I mərhələsi fevralın 25-də (keçən il 9 apreldə olub), rezidenturaya qəbulun birinci mərhələsi isə aprelin 1-də (keçən il 9 aprel) keçiriləcək.