Bu il ilk dəfə qəbul aparılan universitetlərin plan yerlərinin 90%-dən çoxu dolub

Elm və təhsil
  • 26 avqust, 2024
  • 07:17
Bu il ilk dəfə qəbul aparılan universitetlərin plan yerlərinin 90%-dən çoxu dolub

Bu il Azərbaycanda ilk dəfə fəaliyyətə başlayacaq ali təhsil müəssisələrinin plan yerlərinin 90%-dən çoxu dolub.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ilk dəfə qəbul aparılan Qarabağ Universitetinin plan yerləri 98.57%, Türkiyə-Azərbaycan Universitetinin plan yerləri 96.67%, İtaliya-Azərbaycan Universitetinin plan yerləri isə 95.52% dolub.

44 - Tezliklə