Ali məktəbə qəbul olan subbakalavrların sayı azalıb

Elm və təhsil
  • 01 sentyabr, 2022
  • 08:22
Ali məktəbə qəbul olan subbakalavrların sayı azalıb

"Bu il təxminən 5000-ə yaxın subbakalavr ali məktəbə qəbul olub".

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il subbakalavrların qəbul göstəricisi əvvəlki illə müqayisədə az olub: "Hansı ki, keçən il bu rəqəm təxminən 5 300 idi. Bu il qəbul göstəricisi nisbətən azdır. Amma ikinci yerləşdirmədə onların şansları yenə də var. Müvafiq ixtisasları seçərək müsabiqədə iştirak edə bilərlər".

44 - Tezliklə