“Qırmızı kitab”ın III nəşrinin təqdimatı keçirilir - YENİLƏNİB
- 23 may, 2023
- 10:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu dəqiqələrdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Bioloji müxtəlifliyin qorunması mövzusunda konfrans və “Qırmızı kitab”ın III nəşrinin təqdimatı keçirilir.
"Report"un əməkdaşı xəbər verir ki, konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və digər rəsmi qonaqlar iştirak edirlər.
Tədbir AMEA və ETSN-nin birgə təşkilatçılığı ilə keçirilir.
13:10
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanın "Qırmızı kitab"ın lll nəşri təqdimatı keçiriləcək.
"Report" xəbər verir ki, iki cilddə olan "Qırmızı Kitab"ın III nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki: 383 ali, 15 all sporlu, 6 mamır, 14 şibya, 5 yosun; 37 göbələk) öz əksini tapıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər də öyrənilərək III nəşrə daxil edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı Kitab”ın hər 10 ildən bir nəşri nəzərdə tutulub.