BŞTİ: "11 424 şagird diaqnostik qiymətləndirmədə iştirak edib"

Elm və təhsil
  • 08 iyun, 2022
  • 13:13
BŞTİ: 11 424 şagird diaqnostik qiymətləndirmədə iştirak edib

2021-2022-ci tədris ilində paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin II-IX sinif şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 11 424 şagird iştirak edib.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, diaqnostik qiymətləndirmə materialları BŞTİ-nin tabeliyindəki bütün ümumi təhsil müəssisələrinə göndərilib: "Yekun nəticələrlə bağlı inkişaf planları təhsil müəssisələrinə təqdim olunub".