Şirvan-Salyan Təhsil İdarəsi müəllimlər üçün təlimlər keçirir 

Elm və təhsil
  • 07 iyul, 2024
  • 06:51
Şirvan-Salyan Təhsil İdarəsi müəllimlər üçün təlimlər keçirir 

Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə diaqnostik qiymətləndirməyə cəlb olunacaq məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin İKT savadlılığının artırılması məqsədilə təlimlər başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, təlimlərə bütün məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri cəlb edilib.

Təlim zamanı müdavimlərə ilkin İKT bilikləri və onlardan gündəlik həyatda effektiv istifadə bacarıqları öyrədilir.

Ümumilikdə, təlimlər Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi bütün rayonlarda təşkil olunub.