BDU-nun magistrləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub

Elm və təhsil
  • 21 oktyabr, 2025
  • 18:14
BDU-nun magistrləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub

Bakı Dövlət Universitetinin Magistratura təhsil pilləsinin "Transmilli cinayət hüququ "ixtisaslaşması üzrə "Transmilli cinayət-axtarış hüququ" fənni və "Cinayət hüququ və kriminologiya"ixtisaslaşması üzrə "Cinayətlərin tövsifinin nəzəri əsasları" fənni üzrə I kurs tələbələri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olublar.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks hüquqi və institusional tədbirlər, o cümlədən korrupsiya cinayətlərinin qarşısının alınması, profilaktik və maarifləndirici fəaliyyətlərin təşkili, ictimai nəzarət mexanizmlərinin tətbiqi, vətəndaşların hüquqi şüurunun artırılması istiqamətində görülən işlər barədə tələbələrə ətraflı məlumat verib.

İdarə rəisi, eyni zamanda Baş İdarənin əməliyyat-axtarış fəaliyyəti, onun hüquqi əsasları və praktik tətbiq mexanizmləri barədə danışıb.

Bildirilib ki, Baş İdarənin əməliyyat-axtarış fəaliyyəti korrupsiya xarakterli hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və istintaq üçün sübutların toplanması məqsədilə həyata keçirilir. Əməliyyat-axtarış fəaliyyəti zamanı konstitusion prinsiplərə əməl edilməsi və qanunçuluğun qorunması idarənin fəaliyyətində əsas prioritetlərdəndir.

Sonda tələbələrin sualları cavablandırılıb, onlara praktiki məsələlərlə bağlı geniş məlumat verilib və hüquq mühafizə orqanlarında işləmək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti