BDU-nun Hüquq fakültəsinin tələbələri buraxılış işlərini müdafiə edib

Elm və təhsil
  • 25 iyun, 2023
  • 10:49
BDU-nun Hüquq fakültəsinin tələbələri buraxılış işlərini müdafiə edib

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə qurumun inzibati binasında 19-23 iyun tarixlərində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, təqdim edilən buraxılış işlərinin əksəriyyəti yüksək qiymətləndirilib və tələbələrin müdafiəsi müvəffəqiyyətlə başa çatıb.

Müdafiə prosesində Hüquq fakültəsinin Yekun Dövlət Attestasiya Komissiyasının sədri, Baş prokuror, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyevlə yanaşı, BDU-nun rektoru Elçin Babayev, komissiyanın sədr müavini Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, kafedra müdirləri və Hüquq klinikasının rəhbəri iştirak edib.

Buraxılış işlərini müdafiə etmiş tələbələri təbrik edir, onlara uğurlar arzulayırıq!