BDU itkin düşən tələbəsi ilə bağlı açıqlama yayıb

Elm və təhsil
  • 05 mart, 2022
  • 12:23
BDU itkin düşən tələbəsi ilə bağlı açıqlama yayıb

Bakı Dövlət Universiteti (BDU) itkin düşən Geologiya fakültəsinin tələbəsi İlkin Qənbərli ilə bağlı açıqlama yayıb.

"Report"un məlumatına görə açıqlamada deyilir:

"Universitet İ.Qənbərlinin itkin düşməsindən narahatlığını bildirir, onun tezliklə ailəsinə qovuşmağını və tələbələrin sırasına qatılmasını arzulayır. Təəssüf hissi ilə qeyd edirik ki, İlkin Qənbərli təhsil aldığı müddət ərzində idman karyerası ilə bağlı düzgün olmayan məlumatlar təqdim edib və onun səmimiyyətinə inanılıb. Hazırda BDU-da idmanın müxtəlif növləri üzrə bir neçə olimpiya, dünya, Avropa çempion və mükafatçısı təhsil alır. Onlar daim BDU tərəfindən diqqətdə saxlanılır".