Bakıda təhsil işçilərinin 82 faizi peyvənd olunub

Elm və təhsil
  • 08 iyun, 2021
  • 08:18
Bakıda təhsil işçilərinin 82 faizi peyvənd olunub

Hazırki dövrədək paytaxt Bakıdakı təhsil müəssisələrində çalışanların 82 faizi vaksinasiya olunub.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bu məqsədlə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesində iştirak edib.