Azərbaycanda məktəb direktoru vəfat edib
Elm və təhsil
- 01 aprel, 2021
- 06:27
Cəbrayıl rayonunun Hovuslu kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Məhəmmədəli Eyvaz oğlu Səfərov vəfat edib.
"Report"un Muğan bürosunun məlumatına görə, o uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Məhəmmədəli Səfərov 1960-cı ilin mart ayının 26-da Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. Orta təhsilini doğma kəndinin məktəbində aldıqdan sonra Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olub.
Universiteti bitirdikdən sonra 1983-cü ildən doğma kəndində ixtisası üzrə müəllim işləyərək uzun illər gənc nəslə riyaziyyat elminin sirlərini öyrədib.
2001- ci ilin sentyabrından ömrünün sonuna qədər həmin məktəbə rəhbərlik edib.
Allah rəhmət eləsin!
Son xəbərlər
18:46
Türkiyə və Yunanıstanın baş kəşfiyyatçıları Afinada görüşüblər
Region18:43
Foto
AFFA futbol akademiyalarında maarifləndirici təlimlər keçirib
Futbol18:38
İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub
Milli Məclis18:33
Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub
Fərdi18:30
Rusiya Qara dənizdə 2 yük gəmisini vurub
Region18:28
AP deputatları Avropa Komissiyasının uşaqların müdafiəsi ilə bağlı addımlarını tənqid edib
Digər ölkələr18:15
Foto
Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
Milli Məclis18:09
Boks üzrə Azərbaycan milliləri təlim-məşq toplanışının növbəti mərhələsinə start veriblər
Fərdi18:05