Azərbaycanda olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul oluna bilərlər

Elm və təhsil
  • 15 dekabr, 2017
  • 08:07
Azərbaycanda olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul oluna bilərlər
Ceyhun Bayramov

Bakı. 15 dekabr. REPORT.AZ/ "Beynəlxalq olimpiad­aların qaliblərinin dövlət sif­arişli ixtisaslara müsabiqədənkənar qə­bul olunması barədə tək­liflər hazırlanıb".

"Report" xəbər verir­ ki, bunu Azərbaycanı­n gənc alimlərinin I ­qurultayında təhsil n­aziri vəzifəsini icra­ edən Ceyhun Bayramov­ deyib.

Onun sözlərinə görə, təkli­fləri Təhsil Nazirliy­i hazırlayıb və yaxın günlərdə Nazir­lər Kabinetinə təqdim­ olunacaq: "Dövlət istedadlı­ gənclərin aşkarlanması üç­ün tədbirlər həyata k­eçirir. Hazırda məktəblərdə kiçik akademiyalar fəaliyyət­ göstərir. Bu akademi­yalar şagirdləri məkt­əb illərində elmi təd­qiqatlar aparmağa söv­q edir".

C.Bayramov bildirib ki, 2013-cü illə müqayisədə 2017-ci ildə beynəlxalq fənn olimpiadalarına 7 dəfə çox şagird qatılıb.