Azərbaycanda 2900-dən çox məktəbdə genişzolaqlı internetdən istifadə edilir

Elm və təhsil
  • 24 fevral, 2026
  • 11:09
Azərbaycanda 2900-dən çox məktəbdə genişzolaqlı internetdən istifadə edilir

Azərbaycanda 2900-dən çox məktəbdə genişzolaqlı internetdən istifadə olunur.

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsilin rəqəmsallaşması" mövzusunda media nümayəndələri üçün brifinqdə deyib.

Onun sözlərinə görə, hər il təhsil müəssisələri 40-50 min kompüterlə təmin edilir.

"2026-cı ilin sonunda kompüter və şagird nisbətinin 1:6-ya çatdırılması planlaşdırılır", - o bildirib.

İdarə rəisinin sözlərinə görə, 2020-ci illə müqayisədə təhsil sahəsində internet trafikinin həcmi dörd dəfə artıb:

"Ümumi internet trafikinin 82 faizi genişzolaqlı, 18 faizi isə digər qoşulma növlərinin payına düşür. Bu artım təhsil sistemində rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi ilə bağlıdır".