Azərbaycana qış fəsli dekabrın 21-i saat 20:27-də daxil olacaq

Elm və təhsil
  • 22 noyabr, 2017
  • 10:51
Azərbaycana qış fəsli dekabrın 21-i saat 20:27-də daxil olacaq

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycana qış fəsli dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27:54-də daxil olacaq.

Bu barədə “Report”a açıqlamasında AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, həmin vaxt ən uzun gecə müşahidə olunacaq: “Bu halda gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə olacaq. Həmin an cənub yarımkürəsində isə ən uzun yay gecəsi olacaq”. 

44 filmi