Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib

Elm və təhsil
  • 13 oktyabr, 2026
  • 11:37
Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib

Prezident İlham Əliyev Laosdan olan tələbələrin Azərbaycanda təhsil alması üçün təqaüd sistemi təklif edib.

"Report"un məlumatına görə, bunu İlham Əliyev Bakıda Laos Prezidenti Thonqlun Sisulitlə birlikdə mətbuat üçün bəyanatla çıxış edərkən bildirib.

Dövlət başçısı xatırladıb ki, Sovet İttifaqı dövründə Laosdan çoxlu tələbə Azərbaycanda təhsil alıb:

"Vaxtilə sovet dövründə 2000-dən çox Laoslu tələbə Azərbaycanda təhsil alıb və mən təklif etdim ki, biz bu ənənəni bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də tətbiq olunub və əminəm ki, gələcək illər ərzində biz daha çox Laoslu tələbələri Azərbaycanda görəcəyik".