Azad Mirzəcanzadə inkişaf proqramının üçüncü dalğasının qeydiyyat müddəti uzadılıb

Elm və təhsil
  • 28 oktyabr, 2025
  • 12:35
Azad Mirzəcanzadə inkişaf proqramının üçüncü dalğasının qeydiyyat müddəti uzadılıb

Azad Mirzəcanzadə inkişaf proqramının üçüncü dalğasının qeydiyyat müddəti oktyabrın 31-nə qədər uzadılıb.

"Report" xəbər verir ki, proqram, liderlik bacarıqlarının, innovativ düşüncə tərzinin və layihə yanaşmasının inkişafına yönəlmiş unikal təşəbbüs olaraq, ölkənin müxtəlif bölgələrindən istedadlı gəncləri və mütəxəssisləri bir araya gətirir.

Qeyd edilib ki, iştirakçılar intensiv təlimlərdə iştirak edərək, öz layihələri üzərində işləmək, aparıcı mentorlar və praktiklərdən peşəkar dəstək almaq imkanı qazanırlar. İlk iki dalğanın nəticələrinə əsasən, ölkənin müxtəlif bölgələrindən olan 16 qalib artıq layihələrini uğurla həyata keçirib və bu təşəbbüslər yaradıcı sənayelər, rəqəmsallaşma, təhsil, sosial rifah və digər istiqamətləri əhatə edir.

Üçüncü dalğanın iştirakçılarını nələr gözləyir:

- Qalib layihələr üçün 5000 manata qədər maliyyə və təşkilati dəstək;

- Liderlik, emosional zəka, kommunikasiya, innovativ və tənqidi düşüncə, kreativlik və layihələrin idarə olunması üzrə praktiki təlimlər;

- Real təşəbbüslər üzərində ictimai dəyər, effektivlik və davamlılıq prinsipləri ilə komanda və fərdi iş təcrübəsi;

- Aparıcı ekspertlərdən mentorluq və konstruktiv rəy imkanı;

- Geniş əlaqələr şəbəkəsi və müxtəlif sahələrdən fikir liderləri ilə tanışlıq.

Kimlər müraciət edə bilər:

18–35 yaş arası Azərbaycan vətəndaşları, inkişaf etmək, yenilikləri sınamaq və sosial-iqtisadi təsir yaradan ideyalarını reallaşdırmaq istəyən fəal və təşəbbüskar şəxslər.

Proqram haqqında ətraflı məlumat və qeydiyyat forması ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti