Amra Sabic El Rayess: Süni intellektdən məktəb və universitetlərdə geniş istifadə edilməlidir
- 10 aprel, 2026
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Süni intellektdən məktəb və universitetlərdə geniş istifadə edilməlidir.
"Report" xəbər verir ki, Beynəlxalq Dinlərarası Tədqiqatlar Laboratoriyasının İcraçı Direktoru Amra Sabic El Rayess Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə Bakıda keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda süni intellektlə bağlı videomüraciətində deyib.
O deyib ki, bununla da gələcək üçün bu anlayışa dayanıqlı bir nəsil yetişdirilməlidir:
"Qiymətləndirmə prosesində də süni intellektdən istifadə zamanla zəruri hal alacaq. Bir sözlə, zaman bizdən yeni yanaşma istədikcə buna hazırlıqlı davranmalıyıq. Bu da, əlbəttə ki, süni intellektin tətbiqi ilə mümkündür".
Direktor yeni nəslin öz üzərilərində daha çox işləməli olduqlarını qeyd edərək dövrün bunu tələb etdiyini vurğulayıb.