​AMEA-nın institutu iki vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib

Elm və təhsil
  • 07 oktyabr, 2015
  • 10:40
​AMEA-nın institutu iki vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib. "Report" xəbər verir ki, institut “Ornitologiya” laboratoriyasında müdir vəzifəsinə (1 yer) və Zooloji muzeyə müdir vəzifəsinə (1 yer) üzrə işçilər axtarır.

Müsabiqədə iştirak etmək istəyən mütəxəssislər sənədlərini müsabiqənin müvafiq tələblərinə uyğun olaraq 1 ay müddətində instituta təqdim etməlidirlər.

44 - Tezliklə