AMEA-nın 400-dən çox yaşlı əməkdaşı COVID-19-a qarşı peyvənd olunub
- 24 fevral, 2021
- 08:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaşı 65-dən yuxarı olan əməkdaşlarının koronavirus əleyhinə vaksinasiyasına başlanılıb.
AMEA-nın Azad Həmkarlar İttifaqından "Report"a verilən məlumata görə, ötən gün TƏBİB-in modul tipli xəstəxanasında yaşı 65-dən yuxarı olan akademiya əməkdaşlarının vaksinasiyası həyata keçirilib.
Qeyd olunub ki, 400-dən çox əməkdaş peyvənd olunub və heç bir əks-göstərişlə rastlaşmayıblar: "Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar".
Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.