AMEA fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edib

Elm və təhsil
  • 01 sentyabr, 2014
  • 06:46
AMEA fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2014-cü il üzrə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edib. AMEA-dan Report-a bildirilib ki, Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulu sentyabr ayının 30-dək davam edəcək.

Qeyd edək ki, qəbul imtahanları cari ilin oktyabr ayında keçiriləcək.

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulu elan dərc edildiyi gündən ilin sonunadək qəbul edilir. 

44 filmi