Albaniyalı professor: Sivilizasiyalar təcrid şəraitində deyil, ideyaların mübadiləsi ilə inkişaf edir
- 30 iyun, 2026
- 11:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Birinci Türkoloji Qurultayın zəngin irsi bir daha xatırladır ki, elmi tərəqqi beynəlxalq əməkdaşlıq, intellektual açıqlıq və müxtəlif elmi ənənələrə qarşılıqlı hörmət əsasında daha uğurla inkişaf edir.
"Report" xəbər verir ki, bunu Albaniya Elmlər Akademiyasının professoru Gezim Hoca Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sivilizasiyalar təcrid şəraitində deyil, dialoq, qarşılıqlı əlaqə və ideyaların mübadiləsi sayəsində inkişaf edir:
"Bu mənada, müxtəlif mədəni anlayışların birgə mövcudluğu bizə xatırladır ki, elmi tədqiqat yalnız keçmişi öyrənmək missiyası daşımır. O, xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirir, mədəni müxtəlifliyə hörməti təşviq edir və sivilizasiyalararası dialoqu gücləndirir".
O, beynəlxalq tədbirin yüksək səviyyədə təşkilatçılığına görə yekunda Azərbaycana təşəkkür edib.