Agentlik: Peşə təhsilinə qəbul olunanların sayı 2011-ci ildən bəri 113 faiz artıb

Elm və təhsil
  • 14 noyabr, 2025
  • 11:32
Agentlik: Peşə təhsilinə qəbul olunanların sayı 2011-ci ildən bəri 113 faiz artıb
Simnar Mamedov

Peşə təhsilinə qəbul olunanların sayı 2011-ci ildən bəri 113 faiz artıb.

"Report" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Simnar Mamedov "Bir peşənin sirri" festivalında deyib.

Onun sözlərinə görə, 2025-2026-cı tədris ilində 27 mindən çox tələbə peşə təhsilinə qəbul olunub:

"Bu da göstərir ki, peşə təhsilinə maraq artmaqdadır. 2027-2030-cu illərdə peşə təhsilinin genişlənməsi və əmək bazarında tələbatın artacağı nəzərə alınaraq peşə təhsilinə tələbatın daha da artacağı proqnozlaşdırılır".

S.Mamedov həmçinin bildirib ki, hazırda ilkin peşə təhsili müəssisələrinin tikilməsi və təmiri üzrə layihələr həyata keçirilir, peşə təhsilinin infrastrukturunun əsaslı təmiri aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti