Beş rayonun müəllimləri üçün diaqnostik qiymətləndirilmə başlayıb

Elm və təhsil
  • 21 noyabr, 2016
  • 05:58
Beş rayonun müəllimləri üçün diaqnostik qiymətləndirilmə başlayıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Quba Olimpiya İdman Kompleksində Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayıb.

“Report”un xəbərinə görə, noyabrın 23-dək davam edəcək qiymətləndirmədə 6000-ə yaxın müəllim iştirak edəcək.

Qeyd edək ki, ölkənin 26 şəhər və rayonunda keçiriləcək diaqnostik qiymətləndirmə bu ilin dekabr ayının sonunadək davam edəcək.