Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb
- 28 fevral, 2022
- 11:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, martın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Cənub küləyi 8-13 m/s olacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-14° isti olacaq.
Martın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman, axşam çiskin olma ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s olacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-15° isti olacaq.
Martın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi 7-12 m/s, gündüz arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti olacaq.