Yalçın Rəfiyev: Gənclərin rəyi bizim üçün həmişə aktualdır

Ekologiya
  • 30 sentyabr, 2025
  • 12:39
Yalçın Rəfiyev: Gənclərin rəyi bizim üçün həmişə aktualdır

Ötən ilin noyabrında Bakıda uğurla keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) gənclərə ən çox istiqamətlənmiş tədbirlərdən biridir.

"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən Gənclərin Rəhbərliyində İqlim Forumunda bildirib.

"Keçən il çox uğurlu nəticələr əldə etməyə nail olduq. Büdcə ilə bağlı danışıqlar zamanı gənclərin səsinin də eşidilməsi üçün çalışdım. Biz gənc seçicilərlə sıx əməkdaşlıq etdik. Qoşulmama Hərəkatının (QH) gənclər təşkilatı ilə bir neçə görüşüm oldu. Onların baxışları və fikirləri bizim üçün hər zaman aktual olub", - o deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti